• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza köməklik göstərməkdə davam edir

Azərbaycanın Rusiyadakı səfirliyi öz diplomatik səlahiyyətləri və məhdud imkanları çərçivəsində bu ölkədəki vətəndaşlarımıza mümkün köməkliyi göstərməkdə və lazımi tədbirlər görməkdə davam edir.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. Məlumatda deyilir ki, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti bağlanmış və bir sıra vətəndaşlarımız müxtəlif səbəblərdən Rusiyanı tərk edə bilməmiş, məcburən bu ölkə ərazisində qalmalı olmuşlar.

Səfirlik qeyd edir ki, Rusiyada tətbiq edilən ciddi karantin tədbirləri səbəbindən vətəndaşlarımızın bir çoxu çətin vəziyyətə düşmüş, praktiki olaraq, hər hansı gəlirdən məhrum olmuş, sağlamlıqları ilə bağlı problemlərlə üzləşmiş, bəziləri isə xəstəxanaya yerləşdirilmişdir. Çox təəssüf ki, onların sırasında yaşayış və gündəlik qida xərclərini ödəmək iqtidarında olmayan şəxslər də var.