• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Avropa Komissiyası karantindən çıxmağın şərtlərini müəyyənləşdirdi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün Tvitter mikrobloqunda COVID-19 pandemiyası ilə bağlı Avropada karantin məhdudiyyətlərinin aradan qaldırılmasına dair üç şərt göstərmişdir.

 Avropa hökuməti başçısının qeyd etdiyi kriteriyaların birincisi koronavirusun yayılmasının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və yeni yoluxanların sayının azaldılmasıdır. İkincisi güclü səhiyyə sisteminin yaradılması və müalicə sahəsinin bütün zəruri materiallarla təmin olunması, üçüncüsü isə xəstələrin özünütəcridinə kifayət qədər nəzarət edilməsi və onların hərəkətinin monitorinqinin aparılmasıdır.