• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə bir gündə koronavirusdan 126 nəfər dünyasını dəyişdi

Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 126 nəfər dünyasını dəyişdi. Bununla da, ölkə üzrə virus qurbanlarının sayı 1769 nəfərə çatdı.

Epidemiya ilə bağlı vəziyyət barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlamışdır. O bildirdi ki, aprelin 17-də ölkə üzrə 40 min 270 nəfər üzərində test aparılmışdır. Onlardan 4 min 353 nəfərində infeksiya aşkarlanmışdır.