• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Təbii qaz istehsalında artım müşahidə olunur

Yanvar-mart aylarında ölkədə 9 milyon 303,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 990,7 milyon kubmetr təbii qaz hasil olunmuşdur. Həmin həcmdən 6 milyard 967,7 milyon kubmetr əmtəəlik təbii qaz alınmışdır.

Birinci rübdə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 2 faiz aşağı düşmüşdür.

Ölkədə neft istehsalı 3,9 faiz azalmış, qaz hasilatı isə 15,3 faiz artmışdır.