• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır

İranın bir sıra mətbuat orqanları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda ermənilərin keçirdikləri saxta seçkilərə diqqət ayırdı.

 İRNA, İSNA, fa.shafaqna saytları qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən seçkilərin beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınmadığını nəzərə çatdırdılar.

Qeyd olundu ki, rəsmi Tehran da beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasını əsas tutaraq qondarma respublikada keçirilən prezident və parlament seçkilərini tanımır. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi bu məsələyə münasibət bildirərək dedi ki, İran münaqişənin dövlət sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasını istəyir.