• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Çin və Azərbaycan koronavirusa qarşı birlikdə mübarizə aparır

Çinin 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” qəzetində "Çin və Azərbaycan koronavirusa qarşı birlikdə mübarizə aparır" adlı məqalə dərc olunmuşdur.

 "Vzglyad.az" saytının baş redaktoru, "Eurasia.az" beynəlxalq ekspert klubunun direktoru Seymur Məmmədovun müəllifi olduğu məqalədə hazırda tüğyan edən koronavirus pandemiyasının dünyaya çox şeyi öyrətdiyi qeyd edilir. Müəllif xüsusi olaraq vurğulayır ki, Çin dünya ölkələrinə pandemiya şəraitində yardım əlini uzatmaqla həmrəylik nümayiş etdirdi. Azərbaycan da digər ölkələr kimi bu dost dəstəyindən kənarda qalmadı.

Aprel ayının Azərbaycan-Çin münasibətlərində xüsusi yeri olduğunu qeyd edən müəllif yazır ki, ayın 2-si tərəflər arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü idi. Həmin əlamətdar gündə Azərbaycanın Xarici İşlər Nazirliyində epidemiya ilə mübarizəyə dəstək olaraq Çindən yardımın təqdim edilməsi mərasimi keçirildi. Bu və bu kimi tədbirlər Azərbaycan-Çin ikitərəfli münasibətlərinin hansı yüksək səviyyədə olmasını nümayiş etdirir.