• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Avropada koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır

Koronavirus pandemiyasının episentrlərindən biri olan Avropada bu virusa yoluxanların sayı 1 milyon nəfərə çatmışdır.

Ölkələrin rəsmi göstəriciləri əsasında hazırlanan statistikada aprelin 15-də 959 453 nəfərin koronavirus daşıyıcısı olduğu məlum olmuşdur.

Almaniyanın NTV telekanalının təqdim etdiyi statistikada qeyd edilir ki, hazırda Fransada ahıllar evlərində şübhə altında olan 39730 hal bəzi məlumatlarda təsdiqlənmiş yoluxma kimi də təsdiq olunur. Əgər həmin rəqəmlər də statistikaya daxil edilərsə, o zaman Avropada yoluxma halları bir milyonu keçmiş sayılır.