• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Masallı rayonunda əhalinin içməli suya olan tələbatı ödəniləcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı.

 Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması naminə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.

Subartezian quyuları hərəsində bir ədəd olmaqla, aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ərkivan qəsəbəsi, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndləri.