• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı iqtisadi aktivlikdən belə vacibdir

Birinci rübün son ayının pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan ümumi daxili məhsulda, xüsusən qeyri-neft ümumi daxili məhsulunda artım tempini qoruyub saxlaya bilmişdir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov dedi:

"Nəzərə alsaq ki, qeyri-neft ümumi daxili məhsulunda 3 faiz artım qeydə alınmışdır. Bu da birinci rübdə qeyri-neft sektorunun inkişaf etməsi deməkdir. Yanvar-mart aylarında pandemiyanın iqtisadiyyata, sahibkarlara, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet idi. Ölkə başçısının qeyd etdiyi kimi, məhz Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı hətta iqtisadi aktivlikdən belə vacibdir. Prezident İlham Əliyev tərəfindən verilən göstərişlər, eyni zamanda, ötən müddətdə qəbul edilən qərarlar birbaşa vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bu da pandemiyanın yalnız iqtisadiyyata, sahibkarlara deyil, vətəndaşlarımızın sağlamlığına təsirlərini azaltmağa imkan verir”, - deyə o qeyd etdi.