• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misirin turizm gəlirləri 5 milyard dollar azala bilər

Koronavirus pandemiyası ilə əlaqədar Misirin turizm gəlirləri 5 milyard dollar azala bilər.

Bunu ölkənin Planlaşdırma və İqtisadi İnkişaf naziri Hala Əl-Səid dedi.

Nazir Qahirədə keçirdiyi mətbuat konfransında bildirdi ki, turizm sektorunda canlanma cari ilin ikinci yarısında mümkün ola bilər. Onun sözlərinə görə, həmin müddətdə aviaşirkətlərin və səyahət firmalarının fəaliyyətinin tam bərpası nəticəsində 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatı üçün çox vacib olan bu sahədən 11 milyard dollar gəlir əldə etmək imkanı yaranacaq.

Hala Əl-Səid qeyd etdi ki, koronavirus pandemiyasına rəğmən, ölkə iqtisadiyyatında 6,6 faiz artım qeydə alınmış, sərmayələrin həcmi isə 18,5 faiz çoxalmışdır. “Amma Misirin turizm sektoru əsas xarici valyuta mənbəyidir və ötən il bu sahədən 13 milyard dollar gəlir əldə edilmişdir. Təəssüf ki, ilin son aylarında koronavirus pandemiyası nəticəsində turizm və mülki aviasiya sektorları fəaliyyətini dayandırmağa məcbur oldu”, - deyə nazir bildirdi.