• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Gəncədə tibbi maska istehsalına başlanıldı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə şəhərdə tibbi maska istehsalına başlanıldı.

İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Milli Məclisin deputatı Pərvin Kərimzadə “Qızıl Əllər” MMC-yə baş çəkmiş, tibbi maskaların istehsal prosesi ilə tanış olmuşlar.

“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva bildirdi ki, əgər əvvəl tibbi maskalar daxili imkanlar hesabına 3-5 dərzi xanım tərəfindən tikilirdisə, hazırda istehsal prosesinə 20-yə yaxın işçi cəlb edilmişdir. Xammal biçilərək dərzilərə paylanılır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.