• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ölkə üzrə neft hasilatının idarə olunan templə təbii azalması davam edir

SOCAR birinci rübdə hasil etdiyi neft-qaz həcmlərini açıqladı.

Şirkət bu ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr təbii qaz hasil etmişdir.

Üç ayda ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 10 milyard kubmetr, neft istehsalı isə 9,3 milyon ton olmuşdur.

SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarə olunan templə təbii azalması davam edir.