• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu günə qədər koronavirusa yoluxanların və bu virusdan sağalanların sayı açıqlandı

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlandı.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 351 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmişdir. 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.