• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qırğızıstanda koronavirusa yoluxanların sayı 41 nəfər artaraq 339-a çatdı

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 41 nəfər artaraq 339-a çatmışdır.

Virusa yeni yoluxanların 12-si tibb işçisidir.

Bildirilir ki, indiyədək 44 xəstə sağalmış, 5 nəfər dünyasını dəyişmişdir. Tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 51 nəfər təşkil edir.