• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İşsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinə başlanılmışdır. Qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” saytında yerləşdirilir.

Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer almışdır. Məlumatlar mütəmadi olaraq yenilənir.

Saytın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya FİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.