• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanın UzA Milli İnformasiya agentliyi Türk Şurasının keçirdiyi Zirvə görüşü haqqında məlumat yaydı

Özbəkistanın UzA Milli İnformasiya agentliyi, “Xalq suzi”, “Narodnoe slovo”, “Pravda Vostoka” qəzetləri və xəbər portalları Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü haqqında geniş materiallar yaymışdır.

Yazılarda Zirvə görüşünü təşkil etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edildiyi vurğulanır. Bildirilir ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə haqqında geniş çıxış etmişdir.

İclasda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Adhanom Qebreyesusun, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun, Macarıstanın Baş Naziri Viktor Orbanın, Türk Şurasının Baş katibi Bağdad Amreyevin çıxışları dinlənildi, onlar öz təkliflərini bildirdilər.

Mətbuat yazır ki, sonda Zirvə görüşünün Yekun Bəyannaməsi qəbul edildi, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünə yekun vurdu.