• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda koronavirusdan həm sağalanların, həm də ölənlərin sayı artır

İranda koronavirusdan sağalanların sayının artması ilə yanaşı yoluxan və ölənlərin sayında da artım müşahidə edilir.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahampur məlumat verdi. O bildirdi ki, yoluxanların sayı 68 min 192, ölənlərin 4 min 232, sağalanların sayı isə 35 min 465 nəfərə çatmışdır.

İran mətbuatı yazır ki, səhiyyənin ciddi cəhdlərinə baxmayaraq, hələlik yoluxanların və ölənlərin sayında azalma müşahidə edilmir. Bunun əsas səbəbi kimi insanların karantin şərtlərinə əməl etməməsi göstərilir.

Bu arada Bolqarıstanın göndərdiyi humanitar yardım Türkiyə ərazisindən İrana daxil olmuşdur. Koronavirusdan əziyyət çəkənlərin müalicəsi üçün istifadə edilən yeni dərman preparatından ibarət humanitar yardım 1 milyon 400 min avro dəyərindədir.

İranın Müdafiə Nazirliyinin tabeliyində olan zavodların birində filtirli maska istehsalına başlanılmışdır. Müdafiə naziri Əmir Xatəmi bildirdi ki, onun rəhbərlik etdiyi nazirlik koronavirusla mübarizədə daha böyük töhfələr verməyə hazırdır.