• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünyada koronavirusdan ölənlərin sayı 100 mini ötdü

Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 100 min nəfəri ötdü.

Bu barədə ABŞ-ın Cons Hopkis Universiteti məlumat yaymışdır. COVID-19 xəstəliyi ilə bağlı məxsusi statistika aparan universitetin aprelin 10-na olan məlumatına görə, koronavirusa 1 milyon 650 mindən çox insan yoluxmuş, 100 min 376 nəfər ölmüş, 368 mindən artıq insan isə sağalmışdır.

Ən çox yolxma halı ABŞ-da qeydə alınmışdır: 470 min nəfər. Bu xəstəlikldən həyatını itirənlərin sayının 17 min 836 nəfərə çatdığı Birləşmiş Ştatlar indiyədək ən çox ölüm faktının qeydə alındığı İtaliyaya yaxınlaşır.