• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Evdə qal, evdə yarat"

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” Portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulur və yaradıcı texnologiyalar sahəsində fəaliyyət göstərən vətəndaşları bu aksiyaya qoşulmağa dəvət edir.

Bütün dünyanı bürüyən yeni koronavirus (COVID-19) infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaratmışdır. Məktəblər, muzeylər, teatrlar fəaliyyət göstərmir, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə qalmaq tövsiyə olunur. Bu çətinliklərə baxmayaraq, vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulmuşdur.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcı bacarıqlarından istifadə edərək hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və sair) izləyiciləri ilə “#EvdəQalEvdəYarat” həştəqi ilə, həmçinin “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini (fb.com/creative.az) qeyd (tag) edərək paylaşır və yaradıcılığı ilə pozitiv hislərə köklənərək virusla mübarizəni gücləndirir.

Ən çox bəyənilən paylaşımların müəllifləri dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

“Evdə qal, evdə yarat” təşəbbüsü ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.