• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Bakcell" evdə qal planı çərçivəsində yeni layihəyə imza atdı

“Bakcell” şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir. Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində “Bakcell” ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edir.

Karantin müddətində şirkətin abunəçiləri və “Bakcell” şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SIM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SIM-kartlar “Bakcell” şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq. Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur.

Sifarişləri 555 nömrəsinə (“Bakcell” Əlaqə mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.