• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatdı

Yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 87 nəfərin həyatına son qoydu. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 812 nəfərə çatdı.

Aprelin 8-də ölkə üzrə 24 min 900 nəfər xüsusi tibbi yoxlamadan keçirilmiş, 4117 nəfərində infeksiya aşkarlanmışdır. İndiyədək testdən keçirilənlərin sayı 247 min 768 nəfərə çatmış, 38 min 226 nəfəri müalicəyə cəlb olunmuşdur. Hazırda 1492 nəfər reanimasiyadadır. İndiyə qədər 1846 nəfərin müalicəsi uğurlu olmuşdur. Bu gün 264 nəfər tam sağalaraq xəstəxanaları tərk etmişdir.

Türkiyədə hər gün sağalan xəstələrin ümumi sayı vəfat edənlərdən təxminən 3 dəfə çoxdur. Ölkədə koronavirusdan ilk ölüm halı martın 17-da qeydə alınmışdır. Həmin tarixdən bu günə qədər yoluxma və ölüm hallarında azalma yoxdur.