• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ərəb Koalisiyası Yəməndə ikihəftəlik atəşkəs elan etdi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının qoşunları Yəməndə Hutsi qiyamçılarla döyüşlərdə ikihəftəlik atəşkəs elan etdi.

Bu barədə SPA informasiya agentliyi məlumat yaymışdır. Məlumata görə, koalisiyanın mətbuat katibi Turki Əl-Maliki "Yəmənin qanuni hökumətini dəstəkləyən" silahlı kontingentin bu addımı BMT Baş katibinin çağırışına uyğun olaraq dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində atdığını bəyan etdi. O əlavə etdi ki, müvəqqəti atəşkəs rejimi münaqişə tərəfləri arasında gələcəkdə davamlı sülhə nail olmaq istiqamətində danışıqlar aparmağa da imkan verəcək.