• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda koronavirusa yoluxanların sayı 66 mini ötdü

Son 24 saat ərzində İranda 1634 nəfər koronavirusa yoluxan aşkar edilərək karantinə alındı.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur yaymışdır. O qeyd etdi ki, İranda ümumilikdə virusa yoluxanların sayı 66 min 220, ölənlərin sayı isə 4 min 110 nəfərə çatmışdır. Bununla yanaşı 32 min 309 nəfər də xüsusi xəstəxanalarda sağalaraq evə buraxılmışdır.

Bu gün İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi xalqa müraciət etdi. O qeyd etdi ki, İran koronavirusla mübarizədə mütləq qalib gələcək.