• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Nazirlərin videokonfrans formatında görüşü keçirildi

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçirildi.

Görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak etdi və yeni “Əməkdaşlıq Bəyannaməsi” müzakirə olundu.

Videokonfrans ərəfəsində dünya bazarında neftin qiyməti bahalaşdı. Belə ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 35,22 dollara alıcı axtarır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 27,05 dollara satılır.