• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Asəf Zeynallının anadan olmasından 111 il ötür

Onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilmişdir.

Bu gün unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının anadan olmasından 111 il ötür.