• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misirdə daha beş nəfər yeni növ koronavirusdan ölmüşdür

Misirdə COVID-19 virusundan ölənlərin sayı 71 nəfərə çatdı.

Bu barədə Misirin Baş Naziri Mustafa Madbuli məlumat vermişdir. O qeyd edir ki, son bir sutkada xəstəlikdən daha 5 nəfər dünyasını dəyişmişdir.

Baş Nazir bildirdi ki, aprelin 4-də ölkədə koronavirusa 85 yeni yoluxma halı qeydə alınmış və beləliklə, xəstələrin ümumi sayı 1071 nəfərə çatmışdır. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı xarici ölkələrdən gələn Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 23 nəfər, o cümlədən 3 əcnəbi koronavirusdan müalicə olunmuşdur. İndiyədək 241 koronavirus xəstə tam sağalmışdır.