• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Evdə qal, mühazirələrdən qalma

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatiya könüllüləri üçün “Evdə qal, mühazirələrdən qalma” təşəbbüsü çərçivəsində ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla onlayn görüş keçirildi.

İnteraktiv görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, səfirliyimiz tərəfindən bu ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparıldı, iki ölkə arasında olan əməkdaşlıq, xüsusən də enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıqdan bəhs edildi.

Azərbaycan səfiri diasporumuz və onun fəaliyyətindən söhbət açdı, hazırda bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı ABŞ-dakı son durum və ehtiyac yarandığı təqdirdə burada yaşayan soydaşlarımıza göstərilən kömək barədə məlumat verdi.

Səfir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunmasından bəhs edərək bildirdi ki, bu addım gənclərin cəmiyyətimizə verdiyi töhfənin yüksək dəyərləndirilməsinin nümunəsidir.