• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Sensasion faktlar: Koronanı kim və necə yaratdı?

Britaniyanın məşhur “Nature Medicine” jurnalının 9 noyabr 2015-ci il buraxılışında hazırda dünyanı bürüyən və qorxulu kabusa çevrilən koronovirus pandemiyası ilə bağlı sensasion faktlar öz əksini tapmışdır.

Jurnal Amerika laboratoriyalarından sızan məlumatlara əsasən hələ 2015-ci ildə bəşəriyyət üçün ən təhlükəli virus üzərində işlər aparıldığını yazır.

Sitat: “Amerikalı bioloqlar yarasalar üzərində təcrübələr aparmaqla SARS yarada bilən güclü virus ixtira etdilər. Bu eksperimentlər nəticəsində alimlər koronavirusun hibrid formasını tapdı, hansı ki, insanlarda ağır respirator sindromlar olmaqla, pnevmaniya yaradır”.

İkinci maraqlı fakt da 2015-ci ilə aiddir, amma bu dəfə koronavirus barədə faktlar Rusiyanın tanınmış “Rossiyskaya qazeta” dərgisində yer almışdır. Qəzetdə qeyd edilir ki, amerikalı alimlər ABŞ hərbi-bioloji bazasında süni yolla “himer virus” yarada bilmişlər.

“Bu ölümcül virusu zülalların səthi SHC014 ilə SARS-ın üzərində aparılan təcrübələrlə yaratmaq mümkün olmuşdur. Əsas ideya yarasaların ölçülərinin böyüdülməsi idi. Amma sonda insan hüceyrələrinə nüfuz edə bilən ölümcül virus ortaya çıxdı”.

Qeyd edək ki, hər iki faktla bağlı nüfuzlu media qurumları və yutuberlərin araşdırmaları davam edir.