• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yaponiyada yeni koronavirusa yoluxanların sayında 30 dəfə çox artım ola bilər

Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusla mübarizənin uzun müddət davam edəcəyi barədə xəbərdarlıq etdi.

Bu barədə Baş Nazir martın 28-də axşam saatlarında keçirdiyi mətbuat konfransı zamanı bildirdi. Yeni koronavirusun ABŞ-da və Avropa ölkələrində yayılmasından danışan Ş.Abe, Yaponiyada bu xəstəliyin qarşıdakı iki həftə ərzində təqribən 30 dəfə çox arta biləcəyini dedi.

Baş Nazir qeyd etdi ki, mərkəzi hökumət yerli administrasiyalarla birlikdə virusun yayılmasının qarşısını almağa çalışır. Ş.Abe, həmçinin indiki halda fövqəladə vəziyyətin elan olunmasına ehtiyac olmadığını da vurğuladı.