• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda koronavirusa yoluxanların sayında artım müşahidə olunur

İranda koronavirusa yoluxanların və həyatını itirənlərin sayı artmaqda davam edir.

Martın 28-də virusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2 min 517 nəfərə çatmışdır, xüsusi xəstəxanalarda müalicə alan 11 min 679 nəfər sağalaraq evə buraxılmışdır.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur isə Tehranda keçirdiyi brifinqdə bəyan etdi ki, müalicə alan 3 min 206 nəfərin vəziyyəti qənaətbəxş deyil.

Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən nazirlər şurasının iclasında koronavirusla mübarizə və onun yaratdığı problemlərin həlli yolları müzakirə edildi. Prezident bildirdi ki, koronavirusdan müalicə olunan adamların tibbi xərclərinin 90 faizini dövlət ödəyəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vurğuladı ki, ABŞ-da qanunsuz olaraq həbs edilən iranlı alim Sirus Əsgərinin hüquqları kobudcasına pozulur, heç bir ittiham irəli sürülmədən və məhkəmənin sanksiyası olmadan həbs edilən alim ümumi kamerada saxlanılır, ona adi tibbi maskada verilmir.