• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Azəriqaz” sosial aksiyaya başladı

“Azəriqaz” İstehsalat Birliyi hökumət tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atılan addımlara dəstək olaraq sosial aksiyaya başlamışdır.

Martın 29-dan etibarən “#evdəqal” çağırışlarına uyğun olaraq, evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” da yardımçı olacaq. Bu yaş kateqoriyasına aid olan şəxslər birliyin 104/185 saylı Çağrı mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa, bu barədə (+99477) 3 104 104 saylı "WhatsApp" nömrəsinə mesaj da göndərə bilərlər.