• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan iki ayda ən çox İtaliyaya məhsul göndərmişdir

Cari ilin yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac etmişdir.

Dövlət Gömrük Komitəsindən bildirilir ki, iki ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşmışdır. İtaliyaya ixracın dəyəri 1 milyard 492,9 milyon ABŞ dolları, Türkiyəyə 310,6 milyon dollar, İsrailə 216,9 milyon dollar olmuşdur.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 576 milyon dollar, Türkiyə ilə 547,4 milyon dollar, Rusiya ilə 347,1 milyon dollar təşkil etmişdir.