• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda daha 2 min 926 nəfər koronavirusa yoluxdu

Son sutka ərzində İranda 2 min 926 nəfər koronavirusa yoluxmuş, 144 nəfər isə həyatını itirmişdir.

Bu faktları İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur açıqladı. O bildirdi ki, əhalinin evdə qalmaq istəməməsi vəziyyəti daha da gərginləşdirir. Cahanpurun sözlərinə görə, bu günədək ölkədə 32 min 332 nəfərin virusa yoluxması qeydə alınmış, 2 min 378 nəfər isə həyatını itirmişdir.