• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Kapital Bank” dan təqaüdçülərə güzəştli şərtlər tədbiq olunur

"Kapital Bank" koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq təqaüdçülərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başladı.

Ölkə üzrə “Kapital Bank”ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə bir neçə yenilik tətbiq edilir. Belə ki, yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılacaq.

Həmçinin həmin yaşda olan, lakin kartlarının vaxtı bitən mövcud müştərilərin kartları növbəti 3 ay müddətinə uzadılacaq və onlar təqaüdlərini köhnə kartları ilə ala biləcəklər. Yaşı 65-dək olan təqaüdçülər isə "Kapital Bank" filiallarına gələrək, kartlarını oradan təhvil ala bilərlər.