• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ölkəmizdə tibbi maska istehsalına başlanılır

Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal həcmi gündəlik təqribən 90-100 min olacaq. Tədricən maksimal istehsal gücü gündəlik 200 minə çatacaq. Bu, Azərbaycanın gündəlik tələbatını ödəyən bir rəqəmdir.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirdi.

Onun sözlərinə görə, iqtisadi hesablamaların nəticəsində məlum oldu ki, fevral ayında maskalara ən çox ehtiyac olduğu kulminasiya günlərində 200 min tibbi maska satılmışdır. Digər günlərdə isə satış 90-120 min olmuşdur.

İ.Məmmədov bildirdi ki, tibbi maska istehsal etməklə yanaşı, həm də idxal ediləcək.