• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Yaponiyada yeni koronavirusa yoluxanların sayı artır

Martın 25-ə olan son məlumatlara görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Son sutka ərzində bu göstərici daha 71 hal artaraq, ümumilikdə 1923 nəfərə çatmışdır. Buraya Çinin Hubey əyalətindən çarter reysi ilə gətirilənlər arasında olmuş 14 nəfər və “Diamond Princess” kruiz laynerindəki 712 nəfər də daxildir. Bu günədək Tokioda 171, Hokaydoda 163, Aiçidə 148, Oskada 142, Hioqoda 118 və Kanaqavada 83 hal qeydə alınmışdır.

Yeni koronovirusa yoluxma nəticəsində ölənlərin ümumi sayı isə 53 nəfər təşkil edir.