• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ÜST: Əhalini evdə qalmağa çağırmaq yetərli deyil

Ümumdünya Səhiyyə Təşkilatı (DST) Avropa dövlətlərini koronavirus pandemiyasına qarşı mübarizədə ictimai həyata məhdudiyyətlər tətbiq etməklə kifayətlənməməyə çağırdı. Qeyd edilir ki, bu məhdudiyyətlər virusun yayılmasının qarşısının alınması üçün yetərli deyil, testlərin sayı artırılmalıdır.

Təşkilatın sağlamlıqla bağlı fövqəladə hallar proqramının rəhbəri Mayk Rayen bu fikirləri BBC-yə müsahibəsində səsləndirdi. O vurğuladı ki, hazırda əsas diqqət infeksiyaya yoluxmuş şəxslərin müəyyənləşdirilməsinə və onların təcrid edilməsinə yönəldilməlidir. İctimai həyata tətbiq edilən məhdudiyyətlərin problemli tərəfi ondan ibarətdir ki, ciddi tibbi tədbirlər görülmədikdə, qadağalar aradan qaldırılan kimi virus yenidən yayılmağa başlayacaq.