• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

AZAL dünyanın bir çox ölkələrindən həmvətənlərimizi geri gətirir

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

Martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirmişdir. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırıldı. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirildi.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilmiş və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilmişdir.

Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.