• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 200 min nəfəri ötdüyünü elan etdi.

Bu barədə məlumatı təşkilatın baş direktoru Tedros Gebreyesus Cenevrə şəhərində keçirilən brifinqdə verdi. O, koronavirus infeksiyasını “bəşəriyyətin düşməni“ adlandırdı və indiyədək səkkiz mindən çox insanın virusla əlaqədar həyatını itirdiyini qeyd etdi.