• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanında bir sutkada koronavirusa 67 yoluxma faktı qeydə alındı

Səudiyyə Ərəbistanında bir sutkada koronavirusa (COVID-19) 67 yoluxma faktı qeydə alındı.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yaymışdır. Beləliklə, Krallıqda koronavirusa yoluxanların sayı 238 nəfərə çatdı.

Nazirliyin məlumatında qeyd olunur ki, COVID-19 virusuna yeni yoluxanların 45 nəfəri son iki gündə Krallığa Böyük Britaniya, Türkiyə, İspaniya, İsveçrə, Fransa, İndoneziya və İraqdan gələn insanlardır. Onların hamısı karantin altına alınmışdır.

Koronavirusa yeni yoluxma hallarının 19-u paytaxt Ər-Riyadda, 23-ü ölkənin şərq əyalətlərində, 13-ü Ciddədə, 11-i Məkkədə və cəmi biri Əsirdə aşkarlanmışdır.