• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranda cümə namazları qadağan edildi

İranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yaradılan Milli Mübarizə Qərargahının qərarına əsasən ölkə məscidlərində cümə namazlarının kütləvi şəkildə qılınması qadağan edildi.

Qərarda məscidlərin qapalı məkan olduğu və insanların kütləvi şəkildə belə yerlərə toplaşması virusun yayılması riskini artırır. Buna görə də cümə namazları qeyri-müəyyən vaxtadək təxirə salınır.

İranın Səhiyyə Nazirliyi bildirir ki, ölkədə virusa yoluxanların orta yaş həddi 54, ölənlərin isə 67 təşkil edir. Qeyd edilir ki, nisbətən cavan şəxslərin yoluxma, yoluxduqda isə ölüm riski aşağıdır.