• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Vətəndaşların müraciətləri fasiləsiz cavablandırılacaq

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.

Vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.

Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 498-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək.

Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və info@mst.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Qeyd edək ki, martın 20-28-də cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaq.