• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Masallıda zəfəran bitkisinin əkininə diqqət artırılır

Masallı rayonunda ənənəvi əkin sahələrindən biri olan zəfəran bitkisinin əkininə diqqət artırılır.

Ötən əsrin 90-cı illərindən başlayaraq Masallıda uzun müddət tənəzzül dövrünü yaşayan bu əkin sahəsi fermerlərə və məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onlara verilən subsidiyalar və güzəştli kreditlər hesabına yenidən dirçəlməyə başlamışdır.

Ötən il rayonun Qızılağac, Qızılavar, Öncəqala, Mahmudavar, Ərkivan, Çaxırlı, Sığdaş kəndlərinin ərazisində 22 hektar sahədə zəfəran bitkisi əkilmişdir.