• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ruhani: Süleymaninin qətlinə cavab davam edəcək

Tehran Qasım Süleymaninin qətlinə görə Vaşinqtona cavab verdi, amma bu cavabın ardı hələ davam edir.

Bunu İran Prezidenti Həsən Ruhani dedi.

“Amerikalılar bizim böyük generalımızı qətlə yetirdilər. Biz bunu cavabsız qoymamışıq və qoymayacağıq. ABŞ heç vaxt İranın İraqdakı bazasına vurduğu raket zərbələrini unutmayacaq. Onlar ilk dəfə barbar səhvlərinə belə sürətli və qəti cavab aldılar. Onlar bizim xalqın müqavimətini qıracağını düşünürdülər, amma əksinə, müqavimət gücləndi”, – deyə o bildirdi.