• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Hər kəsin sevincinə səbəb olan Novruz bayramı

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Novruz bayramı ərəfəsində idarənin əhatə etdiyi regionlarda təqaüddə olan tənha, ahıl mədəniyyət işçilərinin, habelə aztəminatlı ailələrin evlərinə gedir, onları ziyarət edirlər.

İdarənin əməkdaşları hazırladıqları qrafik əsasında gün ərzində nəzərdə tutulan evlərdə olur, diqqət və qayğıya daha çox ehtiyacı olan insanlarla görüşür, onlara bayram sovqatı verir, maddi yardım göstərirlər.