• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tələbələr və gənc startapçılar üçün fikir yarışması başlayır

Britaniya Şurasının (British Council) təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İngiltərənin Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirdiyi “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsinin “Big İDEA” adlı ideya və fikir yarışması başlayır. Dünyanı dəyişəcək ideyan varsa, yarışmaya qatıl, bütün dünya sənin ideyanı tanısın.

Qalib olan şəxsi öz ideyalarını həyata keçirmək üçün pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi gözləyir. Yarışmanın ilk seçim mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat linki: “www.enterpriseazerbaijan.com/creativespark

Link vasitəsilə qaydalarla öncədən tanış olun. Qeydiyyat üçün son tarix aprelin 5-dir.