• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Rusiya Dəmir Yolları Azərbaycana reyslərini ləğv etdi

Rusiya Dəmir Yolları (RDY) Azərbaycana gedən qatar reyslərini ləğv etdi.

Koronovirusla bağlı yaranmış vəziyyətə görə mart ayının 16-dan etibarən Rusiyanın Azərbaycan və Özbəkistan ilə beynəlxalq dəmir yolu əlaqəsi dayandırıldı.

Məlumatda bildirilir ki, “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti və “Azәrbaycan Dәmir Yolları” QSC həmin qərara müvafiq olaraq və yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan etibarən xüsusi göstəriş verilənə qədər beynəlxalq sərnişin qatarlarının fəaliyyətini dayandırır.

Ləğv olunmuş reyslərə alınmış biletlərin pulunu əlavə ödəniş və rüsüm ödəmədən geri almaq mümkün olacaq. Sərnişinlər pulun qaytarılması ilə bağlı biletin alındığı dövlətin ərazisində istənilən dəmir yolu kassasına müraciət edə bilər. Elektron gediş sənədlərinı isə onların tərtib edildiyi veb-resurslar vasitəsilə təhvil vermək olar.

Xatırladaq ki, Rusiya Dəmir Yolları, həmçinin Çin, KXDR, İtaliya, Latviya, Monqolustan, Çexiya, Polşa, Fransa, Almaniya ilə beynəlxalq sərnişin qatarlarının fəaliyyətini dayandırdı.