• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın ilk smart mebeli istehsal olunur

İstər fiziki, istərsə də korporativ müştərilərin fərdi istəkləri əsasında mebellər istehsal edən “Qardaşlar Mebel” şirkəti smart mebellərin istehsalına başladığını açıqladı.

Şirkətin rəhbəri Əli Mirzəyev smart mebellərin istehsalının çoxdan planlaşdırılmış bir addım olduğunu söylədi. “Hesab edirəm ki, texnologiyanın inkişafı mebel sektorundan da yan keçməməlidir. Müxtəlif təyinatlı cihazlar insanların işlərini asanlaşdırdığı kimi, biz də öz istehsal etdiyimiz mebellərə müxtəlif funksionallıqlar əlavə etməklə insanların həyatına rahatlıq qatmalıyıq. Bu baxımdan “Qardaşlar Mebel” şirkəti olaraq insan davranışları əsasında smart mebellər istehsal etməyi qərara almışıq. Biz bu istiqaməti ilkin mərhələdə ofis mebellərinə tətbiq etməyi planlaşdırırıq. Araşdırmalarımız göstərir ki, istər özəl, istərsə də dövlət sektorunda çalışanlar günlərinin çox hissəsini ofisdə oturaq vəziyyətdə keçirir. Bu isə bir çox hallarda həm sağlamlığa, həm də işin keyfiyyətinə ciddi təsir göstərir. Bizim təqdim edəcəyimiz ofis masaları tənzimlənən olduğu üçün insanlar həm oturaq, həm də ayaq üstü formada işlərini görə biləcəklər. Bu da artıq çəkinin yaranması və onurğa sütununda yarana biləcək fəsadların qarşısını almaqda yardımçı olacaq”, - deyə o bildirdi.