• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran ordusu bioloji silaha qarşı təlim keçirəcək

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin təlimatına əsasən ordu bioloji silahın tətbiqi zaman həyata keçiriləcək taktikanı təkmilləşdirmək məqsədilə təlimlər keçirəcək.

Bu barədə İran ordusunun Baş qərargah rəisi, general Məhəmməd Baqeri məlumat vermişdir.

İran ordusunun bir sıra yüksək rütbəli generalları koronavirusun ölkə ərazisində geniş yayılmasını bioloji silahın tətbiq edildiyi ehtimalını irəli sürürlər. Hərbi təlimdə ordu ilə yanaşı İranın Səhiyyə Nazirliyi də iştirak edəcək. Hərbi təlimin keçirilməsi üçün artıq hazırlıq işlərinə başlamışdır.