• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Virusdan İranda bir gündə 100 nəfər öldü

İranda koronavirusdan ölənlərin sayında artım müşahidə edilmişdir.

Ötən gün ərzində 100 nəfər həyatını itirmişdir. Ümumilikdə isə ölənlərin sayı 724 nəfərə çatmışdır. Bununla yanaşı 1209 nəfər yeni yoluxmuş adam aşkar edilmiş və karantinə alınmışdır. Ümumilikdə isə İranda 13 min 938 nəfərin virusa yoluxduğu bildirilir.

İranın turizm və sənaye nazirləri də virusa yoluxmuşlar. Onların müalicəsi davam edir. İran parlamentinin 23 deputatı da virusa yoluxmuşdur. Deputatlardan ikisi - Fatimə Rəhbər və Əli Ramazani həyatını itirmişdir. Onlar fevralın 21-də İranda keçirilən seçkilərdə parlamentə seçilimişdilər.